"Nəticədən məmnun deyiləm" - Braziliyanın baş məşqçisi Karlo Ançelotti

 09:47 14.06.2026     297

Karlo Ançelotti Mərakeşlə oyunun nəticəsindən narazı qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Globo" portalı məlumat yayıb.

Məlumata görə, Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti Dünya Kubokunun debüt matçında Mərakeşlə qeydə alınan 1-1 hesablı heç-heçəni şərh edib. Baş məşqçi qarşılaşmanın nəticəsindən narazı qaldığını gizlətməyib.

Onun sözlərinə görə, matçın xüsusilə birinci hissəsi komanda üçün kifayət qədər çətin keçib, meydanda əsəbilik və tarazlığın az olması səbəbindən top itkilərinə yol verilib. Lakin ikinci hissədə oyunun daha yaxşı keçdiyini vurğulayan mütəxəssis, komandanın növbəti matçda daha güclü olacağına inandığını bildirib.

Bildirilib ki, baş məşqçi komandaya dəstək nümayiş etdirərək "Özünə inamı itirə bilmərik. Dünya Kubokunun ilk matçında hər şey ola bilər. Dünya çempionatları ilk matçda qazanılmır. Nəticədən məmnun deyiləm və oyunumuzu təkmilləşdirmək üçün çalışmalıyıq; bu normaldır", — deyə əlavə edib.

Xatırladaq ki, hər iki komanda Haiti və Şotlandiyanın da yer aldığı C qrupunda mübarizə aparır. Növbəti turda Braziliya Moskva vaxtı ilə 20 iyun gecəsi Haiti ilə, Mərakeş isə həmin gün Şotlandiya ilə qarşılaşacaq.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən