2026-cı il Dünya Kubokunda üçüncü oyun gününün NƏTİCƏLƏRİ

 10:25 14.06.2026     380

Dünya Kubokunun üçüncü günündə dörd qarşılaşma baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2026-cı il Dünya Kubokunun üçüncü oyun günündə azarkeşlər dörd maraqlı matçın şahidi olublar. Günün ilk qarşılaşmasında Qətər və İsveçrə yığmaları üz-üzə gəlib. Avropa təmsilçisi Brayan Embolonun 17-ci dəqiqədə penaltidən vurduğu qolla önə keçsə də, Asiya komandası 94-cü dəqiqədə Bualem Xouhinin sayəsində bərabərliyi təmin edib və oyun 1-1 hesabı ilə başa çatıb.

Daha sonra meydana çıxan Braziliya millisi Mərakeş səddini keçə bilməyib. İsmael Saibarinin 21-ci dəqiqədə vurduğu qolla geriyə düşən "sambaçılar" bu qoldan 11 dəqiqə sonra Vinisius Juniorla tarazlığı bərpa etsələr də, matç 1-1 hesablı heç-heçə ilə yekunlaşıb. Günün üçüncü oyununda isə Şotlandiya Con Makginnin 29-cu dəqiqədəki qolu ilə Haiti millisini 1-0 hesabı ilə minimal hesabla məğlub edib.

Günün son matçında Avstraliya Türkiyə yığmasını 2-0 hesabı ilə üstələyib. "Kenqurular"ın heyətində qolları 27-ci dəqiqədə Nestori İrankunda və 75-ci dəqiqədə Konnor Metkalf vurublar.

Bildirilib ki, Dünya Kubokunun dördüncü günündə Almaniya - Kyurasao, Hollandiya - Yaponiya, Kot-d'İvuar - Ekvador və İsveç - Tunis qarşılaşmaları baş tutacaq.

Xatırladaq ki, iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçirilən turnirin hazırkı dünya çempionu Argentina millisidir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən