DÇ-yə ilk dəfə qatılan komanda İspaniyaya şok YAŞATDI

 22:16 15.06.2026     902

İspaniya - Kabo-Verde matçı başa çatdı. 

Redaktor.az xəbər verir ki, son Avropa çempionu ispanlar dünya çempionatına ilk dəfə qatılan Afrika təmsilçisi ilə bacarmayıb. 

İspaniya favorit sayılsa da, rəqib komandanın qapısına yol tapa bilməyib. Matç 0:0 hesabı ilə bitib. 

***

Futbol üzrə dünya çempionatında H qrupunun ilk turu çərçivəsində İspaniya - Kabo-Verde matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Redaktor.az xəbər verir ki, Atlantadakı "Mercedes-Benz" stadionunda keçirilən bu qarşılaşmanı iordaniyalı baş hakim Adham Mahadmeh idarə edir.  

Vumart və Güvən reklamı Vumart Güvən