İran və Yeni Zelandiya matçı heç-heçə bitdi - DÇ-2026

 08:55 16.06.2026     366

Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli komandaları arasında keçirilən oyun heç-heçə ilə başa çatıb.

Redaktor.az xəbər verir ki, G qrupunun qarşılaşmasında hesabı 7-ci dəqiqədə Yeni Zelandiya yığmasının futbolçusu İlayca Cast açıb.

İran millisi 32-ci dəqiqədə Ramin Rezayanın qolu ilə hesabı bərabərləşdirib. Yeni Zelandiya 55-ci dəqiqədə İlayca Castın ikinci qolu ilə yenidən önə keçsə də, 64-cü dəqiqədə Məhəmməd Moxebi İranın bərabərlik qolunu vurub.

Beləliklə, matç 2:2 hesabı ilə yekunlaşıb və komandalar hərəyə bir xal qazanıblar.

Vumart və Güvən reklamı Vumart Güvən