Uruqvay 80-ci dəqiqədə bərabərliyi təmin etdi - DÇ-də növbəti xal itkisi

 09:02 16.06.2026     346

Futbol üzrə dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanı və Uruqvay milli komandaları arasında keçirilən oyun heç-heçə ilə başa çatıb.

Redaktor.az xəbər verir ki, H qrupunun qarşılaşmasında hesabı 41-ci dəqiqədə Səudiyyə Ərəbistanının futbolçusu Abdulilah Al-Amri açıb.

Uruqvay millisi isə 80-ci dəqiqədə Maksimiliano Arauxonun qolu ilə bərabərliyi təmin edib.

Beləliklə, matç 1:1 hesabı ilə yekunlaşıb və komandalar hərəyə bir xal qazanıblar.

Vumart və Güvən reklamı Vumart Güvən