168 məktəblinin xatirəsi ABŞ-də yad edildi - VİDEO
Dünya çempionatı çərçivəsində Los-Ancelesdə keçirilən İran-Yeni Zelandiya oyununda 168 məktəblinin xatirəsi yad edilib.
Redaktor.az xəbər verir ki, matçın 32-ci dəqiqəsində Ramin Rezaiyanın vurduğu qoldan sonra stadionda Minab qurbanlarının xatirəsi anılıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ-İsrail hücumu nəticəsində İranın Minab şəhərindəki orta məktəb bombalanıb. Hava hücumunda 168 qız məktəbli şəhid olub.
Yeri gəlmişkən, İran-Yeni Zelandiya oyunu 2:2 hesabı ilə başa çatıb.












