Argentina Messinin qolları ilə qalib gəldi - YENİLƏNİB
Matç bitdi. Argentina 3 xalı 3 qolla qazandı. Cənubi amerikalılar J qrupunda liderdir.
***
76-cı dəqiqədə Messi daha bir qol vurdu - 3:0
***
60-cı dəqiqədə Messi özünün və komandasının ikinci qolunu vurdu - 2:0.
***
İkinci hissə başladı.
***
İlk hissə başa çatdı.
***
Matçın 17-ci dəqiqəsində Lionel Messi möhtəşəm qolla Argentinanı önə çıxarır - 1:0. Qolun ötürməsini Rodriqo De Paul etdi.
***
Futbol üzrə 2026-cı il dünya çempionatında növbəti oyun başlayıb.
Redaktor.az xəbər verir ki, son dünya çempionu Argentina Afrika təmsilçisi Əlcəzairlə qarşılaşır.
T.İSMAYIL













