“Qarabağ”ın 2-ci mərhələdəki və Konfrans Liqasındakı rəqibi bəlli oldu - YENİLƏNİB
Azərbaycan çempionu “Qarabağ”ın UEFA Konfrans Liqasındakı mümkün rəqibi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizəni dayandıracağı təqdirdə yoluna Konfrans Liqasında davam edəcək.
Bu halda “Qarabağ” Konfrans Liqasının ikinci təsnifat mərhələsində Şimali İrlandiyanın “Qlentoran” və Latviyanın RFS komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq.
***
Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bu gün müəyyənləşəcək.
Redaktor.az UEFA-nın saytına istinadən xəbər verir ki, artıq Ağdam klubunun potensial rəqibləri də bəllidir.
“Qarabağ" 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını mübarizədən kənarlaşdırsa, 2-ci mərhələdə “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Hammarbü” (İsveç) və ya SSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.













