Kevin Medina “Qarabağ”dan getdi - RƏSMİ

 15:22 17.06.2026     191

“Qarabağ” Kevin Medina ilə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib.

Qeyd edək ki, K.Medina 2020-ci ildən “Qarabağ”da çıxış edir. O, Ağdam klubunun heyətində 184 oyuna çıxıb, 6 dəfə rəqib qapılarına yol tapıb. 

Vumart və Güvən reklamı Vumart Güvən