Messi bütün dövrlərin ən yaxşı futbolçusudur - Ronaldo

 17:28 17.06.2026     401

Braziliya millisinin sabiq hücumçusu Ronaldo Nazário argentinalı ulduz Lionel Messini bütün dövrlərin ən yaxşı futbolçusu adlandırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşrinə açıqlamasında danışıb.

"Messi hər dəfə meydana çıxanda ətrafdakı hər şey tarixi və zərif görünür. Dünya artıq həqiqəti qəbul etməli və onun bütün dövrlərin ən yaxşı futbolçusu olduğunu etiraf etməlidir", – deyə Ronaldo bildirib.

Qeyd edək ki, Messi 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirilən oyunda het-trik edərək Argentina yığmasının 3:0 hesablı qələbəsində əsas pay sahibi olub.

Bu nəticədən sonra Argentina yığması 3 xalla J qrupunda liderliyə yüksəlib. ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq.

Hazırda dünya çempionu statusunu 2022-ci ildə finalda Fransanı məğlub edən Argentina millisi daşıyır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən