Portuqaliya Konqo ilə BACARMADI

 23:00 17.06.2026     1243

Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) K qrupunda 1-ci turun ilk oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində baş tutmuş matçda Portuqaliya və Konqo Demokratik Respublikası milliləri qarşılaşıblar.

Komandalar görüşdə hərəyə bir dəfə qol vurublar - 1:1.

***

Matç 1:1 hesabı ilə başa çatır.

***

54-cü dəqiqədə Joau Neveş dubl etsə də, ofsayd səbəbindən qol qeydə alınmır.

***

İkinci hissə başladı.

***

Fasilə.

***

Konqo DR hesabı bərabərləşdirir. Yoane Vissa 45-ci dəqiqədə qol vurur.

***

6-cı dəqiqədə Joau Neveş hesabı açır.

***

Matç başladı.

***

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Redaktor.az xəbər verir ki, favoritlərdən Portuqaliya bu gün ilk oyununa çıxacaq. 

Kriştianu Ronaldo da 6-cı dünya çempionatında oynayacaq. 

Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Komandaların start heyətləri bəlli olub:

Portuqaliya: Kosta, Kanselo, Arauxo, Veiqa, Mendeş, Vitinya, Bernardo Silva, Joau Neveş, Bruno Fernandeş, Kriştiano Ronaldo, Pedro Neto.

Ehtiyat oyunçular: Joze Sa, Rui Silva, Semedu, Dias, Dalot, İnasio, Kosta, Nuneş, Neveş, Ramuş, Feliks, Trinkan, Leau, Gedeş, Konseysao.

Konqo Demokratik Respublikası: Mpasi-Nzau, Van-Bissaka, Kapuadi, Tuanzebe, Mbemba, Masuaku, Mukau, Mutussami, E. Kayembe, Bakambu, Vissa.

Ehtiyat oyunçular: Fayulu, Epolo, Batubinsika, Y. Kayembe, Kalyulu, Bonqonda, Sadiki, Tşibola, Pikel, Sipenqa, Kakuta, Elia, Mayele, Banza.

Vumart və Güvən reklamı Vumart Güvən