"Konqo ilə oyun Ronaldo üçün bir siqnal olacaq"

 17:45 18.06.2026     291

Ötən axşam futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) K qrupunda Portuqaliya və Konqo milliləri qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Matçda maraqlı məqamlardan biri isə portuqaliyalı hücumçu Kriştiano Ronaldonun nəinki qol vura bilməməsi, ümumiyyətlə meydanda "görünməməsi" olub.

Redaktor.az-a danışan idman jurnalisti Ağa Dadaşzadə bildirdi ki, burada qeyri-adi bir şey yoxdur:

"Hər oyun qollu olsa, futbolla maraqlanmaq olmaz. Konqo yaxşı müdafiə olundu, eyni zamanda Portuqaliyanı yaxşı analiz etmişdi. Hesab edirəm ki, dünənki oyun Ronaldo üçün bir siqnal olacaq. Orada müəyyən taktiki gedişlər var ki, onlar dəyişdirilməlidir. Oyunda problemli bir şey yoxdur. Əsas odur ki, Portuqaliya xal qazanıb və növbəti mərhələyə yüksəlmək şanslarını qoruyub saxlayır. Oyundan əvvəl taktika qurursan, amma oyuna çıxanda görürsən ki, vəziyyət başqadır. Rəqib başqa cür hazırlaşıb. Ona görə də burada sırf qeyri-adi bir şey yoxdur və Ronaldodan da yaxşı performans gözləyə biləcəyik".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən