Türkiyə azlıqda qalan komanda ilə bacarmadı - YENİLƏNİB
Türkiyə Paraqvaya 0:1 hesabı ilə məğlub olur. Beləliklə, D qrupunda Türkiyə millisi sonuncu pillədə qərarlaşır.
Xatırladaq ki, Türkiyə bundan öncə Avstariliyaya da məğlub olmuşdu.
***
İkinci hissə başladı.
***
Birinci hissə başa çatdı - 0:1.
***
Matçın 45-ci dəqiqəsində Paraqvayın oyunçusu Miguel Almiron qırmızı vərəqə ilə meydandan qovuldu.
***
Futbol üzrə dünya çempionatında Türkiyə-Paraqvay qarşılaşması başlayıb.
Redaktor.az xəbər verir ki, matçın 2-ci dəqiqəsində Türkiyə qapısında erkən qol görüb. Paraqvayın heyətində Matias Qalarza fərqlənib - 0:1.
T.İSMAYIL













