Türkiyəyə qol vuran futbolçu hakimin saatını qoluna taxıb qaçdı - DÇ-2026-da şok HADİSƏ
Paraqvay milli futbol komandasının yarımmüdafiəçisi Matias Qalarza 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Türkiyə millisinə qarşı oyun zamanı qeyri-adi hadisə ilə üzləşib.
Redaktor.az xəbər verir ki, iyunun 20-də baş tutan qarşılaşmada Paraqvay Türkiyəni 1:0 hesabı ilə məğlub edib.
Məlumata görə, matçın yeganə qoluna imza atan Qalarza ikinci hissənin sonlarında ciddi zədə alaraq meydandan xərəklə çıxarılsa da, onunla bağlı başqa bir insident sosial mediada böyük səs-küyə səbəb olub. Belə ki, oyuna əlavə olunmuş vaxtda futbolçular arasında yaranan gərginliyə baş hakim İvan Barton müdaxilə etmək məcburiyyətində qalıb. Bu qarışıqlıq zamanı referi ağıllı saatını yerə salaraq itirib. Yerdəki saatı tapan Qalarza isə onu öz biləyinə taxaraq hadisə yerindən uzaqlaşıb.
Bildirilib ki, həmin anların canlı yayıma düşməsi azarkeşlərin sərt reaksiyasına yol açıb. Sosial şəbəkə istifadəçiləri paraqvaylı oyunçunu hakimin saatını oğurlamaqda ittiham edərək qəzəblərini ifadə ediblər.
Açıqlamada qeyd olunub ki, yaranan müəmmaya baxmayaraq, ikinci hissənin növbəti dəqiqələrində baş hakim İvan Barton yenidən qolunda saatla görüntülənib. Futbolçunun saatı referiyə hansı şəraitdə və necə geri qaytardığı isə hələlik məlum deyil.
Aminə ŞAHSUVARQIZI













