"Ronaldoya top ötürməyə borclu deyilik" - Komanda yoldaşı
"Yuventus"un və Portuqaliya millisinin cinah oyunçusu Fransisko Konseysao bildirib ki, futbolçular topu Kriştiano Ronaldoya ötürməyə borclu deyillər.
Redaktor.az bu barədə "A Bola"ya istinadla xəbər verir.
"Qol vurmaq məsələsinə gəldikdə, Kriştiano rəqibsizdir. Amma biz topu ona verməyə borclu deyilik. Mən onu daha çox əlçatan olana verirəm. O, hər hansı digər oyunçu kimi kömək etmək üçün buradadır", - Konseysao deyib.
Qeyd edək ki, Dünya Kuboku qrup mərhələsinin ilk oyununda Portuqaliya Konqo Demokratik Respublikası ilə heç-heçə edib. Matç 1-1 hesabı ilə başa çatıb.
Ronaldo 41 yaş 132 günlüyündə meydana çıxıb və Dünya Kuboku tarixində ən yaşlı açıq sahə oyunçusu kimi rekord qırıb. O, həmçinin Lionel Messinin altıncı Dünya Kubokunda meydana çıxma rekorduna çatıb. Ronaldo qol vura bilməyib, Messi isə Argentinanın 2026-cı il Dünya Kubokundakı ilk oyununda het-trik edib.
T.İSMAYIL













