İran növbəti xalını qazandı - DÇ-2026
Matç bitdi - 0:0.
Qeyd edək ki, bu nəticə ilə Belçika və İran hərəyə 1 xal qazandı.
Xatırladaq ki, G qrupunun ilk turunda da bu komandalar hərəyə bir xal qazanmışdılar. Beləliklə, İran və Belçika hazırda hərəyə 2 xalla qrupda birinci, ikinci yerləri bölüşürlər.
***
66-cı dəqiqədə Belçikanın müdafiəçisi Nathan Ngoy qırmızı vərəqə ilə meydandan qovulur.
***
İkinci hissə başladı.
***
Matçın ilk hissəsi başa çatdı - 0:0.
***
26-cı dəqiqədə İran millisinin hücumçusu Mehdi Taremi qol vurur. Lakin VAR-dan gələn qərarla qol ləğv olunur.
***
Futbol üzrə dünya çempionatının Belçika - İran oyunu başlayıb.
Redaktor.az xəbər verir ki, G qrupunun ikinci turunun matçı ABŞ-də - Los-Anceles stadionunda keçirilir.














