İran millisi Dünya Kuboku tarixinin ən yaşlı heyəti ilə meydana çıxıb
İran milli komandası Dünya Kuboku tarixində ən yaşlı heyətlə meydana çıxıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, 2026-cı il Dünya Kuboku qrup mərhələsinin ikinci turunda Belçikaya qarşı start heyətində meydana çıxan İran oyunçularının orta yaşı 32 il 181 gündür. Yalnız üç İran oyunçusu 30 yaşdan kiçikdir: müdafiəçi Saleh Hardani (27 il 177 gün), hücumçu Məhəmməd Mohebi (27 il 183 gün) və yarımmüdafiəçi Səid Ezzatollahi (29 il 263 gün).
Əvvəlki rekord 1998-ci ildən bəri Almaniya millisinə məxsus idi. İrana qarşı qrup mərhələsi matçında start heyətində yer alan oyunçuların orta yaşı 31 il 334 gün idi.
Xatırladaq ki, Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir 19 iyulda başa çatacaq. Argentina hazırkı çempiondur.
T.İSMAYIL













