Kabo Verde yenə təəccübləndirdi - DÇ-2026
Futbol üzrə dünya çempionatında Uruqvay - Kabo Verde ilə qarşılaşıb.
Redaktor.az xəbər verir ki, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında hesab 2:2 olub.
Uruqvayın heyətində Maksimiliano Arauxo (44) və Aqustin Kanobbio (45+6) fərqləniblər. Kabo Verde yığmasında isə Kevin Pina (21) və Helio Varella (61) diqqət mərkəzinə düşüblər.
Qeyd edək ki, qrup mərhələsinin birinci turunda Kabo Verde son Avropa çempionu İspaniya ilə heç-heçə etmişdi.













