Portuqaliya Özbəkistanı darmadağın ETDİ

 23:06 23.06.2026     2438

Futbol üzrə dünya çempionatında Portuqaliya Özbəkistana qalib gəlib.

Redaktor.az xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar 5:0 hesabı ilə qələbə qazanıblar.

Portuqaliyalıların lideri və kapitanı Kriştianu Ronaldu bu görüşdə dublla yadda qalıb - 6, 39. Digər qollar isə Nunu Mendeş (17), Abdukodir Xusanov (60-avtoqol) və Rafael Leaodan (87) gəlib.

Qeyd edək ki, qrupun digər oyununda, saat 06:00-da Kolumbiya - Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

***

87-ci dəqiqədə Rafael Leao hesabı 5:0 edir.

***

60-cı dəqiqədə Abduvohid Nematov avtoqol vurur.

***

İkinci hissə başladı.

***

Fasilə.

***

Kriştianu Ronaldo 38-ci dəqiqədə dublunu rəsmiləşdirir.

***

Azizcon Caniev 29-cu dəqiqədə çərçivəyə yol tapsa da, qayda pozuntusuna görə qol qeydə alınmır.

***

Nuno Mendeş 17-ci dəqiqədə Nuno Mendeş cərimə zərbəsindən fərqlənir.

***

Kriştiano Ronaldo 6-cı dəqiqədə hesabı açır.

***

Matç başladı.

***

Dünya çempionatının qrup mərhələsinin oyunları davam edir.

Redaktor.az xəbər verir ki, Portuqaliya millisi bu gün ikinci oyununa çıxacaq.

Onlar Özbəkistan kollektivi ilə üz-üzə gələcək. Matç saat 21:00-da başlayacaq.

Dünya çempionatı

İkinci tur

21:00. Portuqaliya - Özbəkistan

Vumart və Güvən reklamı Vumart Güvən