Ronaldo Messinin adını çəkən jurnalistə belə reaksiya VERDİ

 12:02 24.06.2026     213

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2026-nın 2-ci turunda Özbəkistanla keçirilən oyundan (5:0) sonra jurnalistlərin suallarını cavablandırarkən diqqət çəkən açıqlama verib.

Redaktor.az xəbər verir ki, bu barədə beynəlxalq idman mediası məlumat yayıb.

Məlumata görə, oyun sonrası keçirilən mətbuat konfransında jurnalistlərdən biri Ronaldoya Argentina millisinin kapitanı Lionel Messinin dünya çempionatlarındakı rekord qolları ilə bağlı sual ünvanlayıb. Lakin portuqaliyalı futbolçu sualı yarımçıq kəsərək cavab verməkdən imtina edib.

Bildirilib ki, Ronaldo “növbəti sual” ifadəsini işlədərək mövzuya münasibət bildirməyib. O, qısa şəkildə “Messi məni maraqlandırmır, indi onun yeri deyil” deyə əlavə edib.

Bu açıqlama sosial mediada geniş müzakirələrə səbəb olub və futbol azarkeşləri arasında fərqli reaksiyalar doğurub.

Vumart və Güvən reklamı Vumart Güvən