Portuqaliyanın uğurlu seriyası davam edəcək? - Ekspertdən PROQNOZ
"Dünən Portuqaliya ilə Özbəkistan arasında maraqlı oyun izlədik. Bildiyimiz kimi hesab 5-0 oldu. Bu Potuqaliya üçün gözlənilən hesab idi. Mən hesab edirəm ki, növbəti oyunda Portuqaliya millisi Kolumbiya ilə görüşü də qələbə ilə başa vuracaq. Çünki üstünlük daha çox Portuqaliya tərəfdədir. Komandanın hazırkı forması, oyun keyfiyyəti və futbolçuların fərdi ustalığı bunu deməyə əsas verir".
Bu fikirləri Redaktor.az-a idman jurnalisti Ağa Dadaşzadə Portuqaliya millisinin dünən Özbəkistanla qarşılaşdığı oyundan və gələcək matçından danışarkən səsləndirdi.
.jpg)
Onun fikrincə, son oyunda müşahidə olunan uğurlu tendensiya gələn matçda da davam edəcək:
"Portuqaliya yığması həm hücum xəttində, həm də ümumi komanda oyununda rəqiblərinə nisbətən daha üstün görünür. Buna görə də növbəti matçda da onların favorit olduğunu hesab edirəm. Kriştiano Ronaldo isə növbəti dəfə öz sözünü dedi və yeni rekorda imza atdı. Məncə, onun əldə etdiyi bu nailiyyət yaxın illərdə təkrarlanması çox çətin olan rekordlardan biridir. Ronaldo illərdir yüksək səviyyədə çıxış edərək dünya futbolunda özünəməxsus iz qoyub və bu gün də komandasının əsas aparıcı qüvvələrindən biri olaraq qalır. Hesab edirəm ki, Ronaldo qarşıdakı oyunlarda da fərqlənəcək, yeni qollar vuracaq və öz rekordlarını yeniləməyə davam edəcək. Onun həm təcrübəsi, həm də peşəkarlığı buna imkan verir. Buna görə də növbəti görüşlərdə də azarkeşlərin diqqəti əsasən Ronaldonun çıxışına yönələcək".
Xədicə BAXIŞLI













