İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

 15:19 27.06.2026     1175

Futbol üzrə dünya çempionatının qrup mərhələsində daha altı qarşılaşma baş tutacaq.

Redaktor.az xəbər verir ki, L qrupunda Xorvatiya Qana ilə, Panama isə İngiltərə ilə üz-üzə gələcək. Oyunlar Bakı vaxtı ilə 01:00-da başlayacaq.

Saat 03:30-da K qrupunda Kolumbiya Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Günün digər görüşündə Konqo Demokratik Respublikası Özbəkistanı sınağa çəkəcək.

Saat 06:00-da J qrupunda isə Əlcəzair Avstriya ilə qarşılaşacaq. Qrupun digər matçında İordaniya Argentina ilə münasibətlərinə aydınlıq gətirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən