“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?
“Qarabağ” futbol klubunun Avstriya toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq oyunları “TVNET” platforması vasitəsilə azarkeşlərə təqdim olunacaq.
Redaktor.az xəbər verir ki, bu barədə yayım platforması rəsmi məlumat yayıb.
Məlumata görə, Ağdam təmsilçisinin Avstriyadakı sınaq oyunları ölkənin tanınmış idman kanallarından olan “SPORT TV”-də canlı yayımlanacaq. Yayım proqramına əsasən, iyunun 27-də baş tutacaq “Qarabağ” FK – VSG “Tirol” görüşü saat 19:00-da, iyulun 1-nə təyin olunan “Qarabağ” FK – “Ferentsvaroş” TC matçı isə saat 20:00-da start götürəcək.
Bildirilib ki, hər iki qarşılaşmanı ekran başında izləmək istəyənlər “SPORT TV” kanalı ilə yanaşı, “ott.tvnet.az” saytından və “YouTube” üzərindəki “TVNET SPORT TV” kanalından da birbaşa yayımı izləyə biləcəklər.













