Argentina qalib gəldi - DÇ-2026

 07:58 28.06.2026     1640

Matç başa çatdı. İordaniya-Argentina - 1:3.

***

Messi 80-ci dəqiqədə cərimə zərbəsindən mükəmməl qol vurdu. O, karyerasında cərimə zərbələrindən 72-ci qolunu vurur. Messi dünya çempionatlarında ardıcıl 7-ci oyunda qol vuran oyunçu kimi də futbol tarixinə düşür. 

Qeyd edək ki, Messinin vurduğu bu qol hazırkı dünya çempionatında 6-cı, dünya çempionatlarında isə 19-cudur.

***

60-cı dəqiqədə Lionel Messi meydana çıxır. O, Lautaro Martinezlə əvəzlənir.

***

Argentina millisi bu dünya çempionatında qapısından ilk qolunu buraxır. 55-ci dəqiqədə İordaniyanın hücumçusu Musa Əl-Tamari fərqlənir - 1:2.

***

İkinci hissə başladı.

***

İlk hissə başa çatdı.

***

Argentina 2-ci qolu vurur. 31-ci dəqiqədə Lautaro Martinez penaltidən fərqlənir - 0:2.

***

Futbol üzrə dünya çempionatında J qrupunda İordaniya-Argentina matçı keçirilir.

Redaktor.az xəbər verir ki, 19-cu dəqiqədə cənubi amerikalılar hesabı açır. Ciovani Lo Selso cərimə zərbəsindən mükəmməl qol vurur - 0:1.

Qeyd edək ki, Argentinanın hücumçusu Lionel Messi ehtiyatdadır.

T.İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən