Ronaldolu Portuqaliya Kolumbiya ilə bacarmadı - DÇ-2026
Futbol üzrə dünya çempionatında K qrupunda Kolumbiya və Portuqaliya yığmaları üz-üzə gəliblər.
Redaktor.az xəbər verir ki, Mayami stadionunda keçirilən görüşdə hesab açılmayıb – 0:0.
Beləliklə, Portuqaliyanın ulduz futbolçusu Kriştiano Ronaldo dünya çempionatında qol sayını artıra bilməyib.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran Kolumbiya qrup lideri olub. Portuqaliya isə 5 xalla qrupu ikinci sırada tamamlayaraq 1/16 finala vəsiqə qazanıb.
Qrupun digər həlledici oyunu Konqo Demokratik Respublikası və Özbəkistan seçmələri arasında keçirilib. Görüş Afrika təmsilçisinin 3:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Bu vacib qələbə sayəsində Konqo yığması da turnirin pley-off mərhələsinə yüksəlməyi rəsmiləşdirib. Özbəkistan isə dünya çempionatı ilə vidalaşıb.













