Konqo tarix yazdı - DÇ-2026

 07:14 28.06.2026     232

Futbol üzrə dünya çempionatında K qrupunun sonuncu – III turunun oyunlarına yekun vurulub.

Redaktor.az xəbər verir ki, Atlanta stadionunda Konqo Demokratik Respublikası və Özbəkistan seçmələri qarşılaşıb. Görüş Afrika təmsilçisinin 3:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 10-cu dəqiqədə Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov açsa da, Konqo geridönüş etməyi bacarıb. Afrika komandasına qələbə gətirən qolları Yoan Vissa (68-ci dəqiqə penaltidən, 90+1-ci dəqiqə) və İbrahim Mayele (78-ci dəqiqə) vurublar.

Bu vacib qələbə sayəsində Konqo yığması da turnirin pley-off mərhələsinə yüksəlməyi rəsmiləşdirib. Özbəkistan isə dünya çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, qrupun digər oyunu Portuqaliya-Kolumbiya arasında keçirilib. Matç 0:0 heaabı ilə başa çatıb.

Beləliklə, Kolumbiya qrupu 7 xalla 1-ci, Portuqaliya 5 xalla 2-ci, Konqo 4 xalla 3-cü, Özbəkistan isə 0 xalla sonuncu pilllədə başa vurub.

Vumart və Güvən reklamı Vumart Güvən