Əlcəzair pley-off turuna yüksəldi - DÇ-2026

 08:10 28.06.2026     676

Futbol üzrə dünya çempionatında J qrupunda Əlcəzair Avstriya ilə üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, görüş 3:3 hesablı bərabərliklə başa çatıb. Bu nəticədən sonra Əlcəzair və Avstriya xallarının sayını 4-ə çatdırıb və hər iki komanda pley-off turuna vəsiqə qazanıb. Avstriya qrupu 2, Əlcəzair 3-cü pillədə bitirib.

Qrupun digər matçında isə İordaniya Argentina ilə qarşılaşıb. Son dünya çempionları matçdan 3:1 qalib ayrılıb. Argentina 9 xalla qrupu ilk pillədə başa vurub. İordaniya 0 xalla qrup sonuncusu olub.

Vumart və Güvən reklamı Vumart Güvən