Rafael Fiziyev dünənki döyüşdən nə qədər qazanıb?

 12:50 28.06.2026     375

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirinin bonus qalibləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, "Gecənin performansı" nominasiyasında Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenko fərqləniblər.

Hər dörd döyüşçüyə uğurlu çıxışlarına görə 100 min ABŞ dolları məbləğində mükafat təqdim olunub.

Bundan başqa, görüşünü vaxtından əvvəl qələbə ilə başa vuran, lakin "Gecənin performansı" bonusuna layiq görülməyən hər bir idmançıya əlavə olaraq 25 min ABŞ dolları məbləğində bonus verilib (milli.az).

Vumart və Güvən reklamı Vumart Güvən