"Paraqvay azarkeşləri feyzyab edə bilməyəcək" - AÇIQLAMA
Bakı vaxtı ilə sabah saat 00:30-da dünya çempionatında dördqat dünya çempionu olan Almaniya yığması Paraqvayla qarşılaşacaq.
İdman jurnalisti Ağa Dadaşzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, birmənalı olaraq Almaniyanın qələbəsini arzu edir.
.jpg)
"Paraqvay və Avstraliya idmana, futbola yaraşmayan bir oyun sərgilədi. Bildiyimiz kimi, N qrupunda son matç Avstraliya-Paraqvay oyunu idi. Hər iki komanda danışılmış oyun oynadı, yəni bərabərə qaldı. Oyun ərzində qapılara heç bir ciddi hücum olmadı və sonda hər ikisi, demək olar ki, qrupdan çıxdı.
Almaniya daha gözəl oyun, baxımlı futbol sərgiləyir. Hesab edirəm ki, Almaniyanın şansı daha çoxdur. Paraqvay bugünkü oyunu, taktiki sxemi və oyunçularının bacarıqlarına görə azarkeşləri feyzyab edə bilməyəcək. Ona görə də hər bir istiqamətdə Almaniya üstündür və güman edirəm ki, Almaniya ən azı iki top fərqi ilə qalib gələcək".
Aytəkin TOFİQQIZI













