Mərakeş Niderlandı məğlub etdi - DÇ-2026
Futbol üzrə dünya çempionatında Mərakeş Niderlandı məğlub edib.
Redaktor.az xəbər verir ki, 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf olmayıb – 1:1.
Əlavə hissələrdə də hesab dəyişməyib və qalib penaltilər seriyasında bəlli olub. Mərakeş penaltilərdə 3:2 hesabı ilə qalib gəlib.
Beləliklə, Mərakeş adını 1/8 final mərhələsinə yazdırıb, Niderland isə turnirdə mübarizəni dayandırıb.
T.İSMAYIL













