Misir 1/8 finalda - DÇ-2026
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.
Redaktor.az xəbər verir ki, Avstraliya millisi Misir yığması ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da tarazlıq pozulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (4:2) oynayan Misir komandası 1/8 finala yüksəlib.













