Bu oyun 38 dərəcə istidə baş TUTACAQ

 17:35 04.07.2026     561

2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçiriləcək Fransa-Paraqvay oyunu 38 dərəcə isti hava şəraitində baş tutacaq.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşma zamanı havanın temperaturunun +38 dərəcəyə çatacağı gözlənilir.

Fransa millisinin baş məşqçisi Didye Deşam bildirib ki, komanda belə hava şəraitinə hazırdır:

“Bütün komandalar buna hazırlaşıb. Bəli, bu, oyuna təsir göstərə bilər, amma təkcə bizə yox. Mən istiyə fokuslanmıram. Bu, sadəcə amillərdən biridir”.

Qeyd edək ki, Fransa-Paraqvay görüşü iyulun 5-də ABŞ-nin Filadelfiya şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən