Keyn Dünya Kuboku rekorduna imza ATDI

 11:38 06.07.2026     403

İngiltərə millisinin kapitanı Harri Keyn dünya çempionatının 1/8 final mərhələsində Meksikaya qarşı keçirilən oyunda unikal rekorda imza atıb.

Redaktor.az xəbər verir ki, Opta statistik platformasının məlumatına görə, bu göstərici dünya çempionatları tarixində 1966-cı ildən bəri ilk dəfə qeydə alınıb.

Qarşılaşma İngiltərə yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 38-ci dəqiqəsində Keyn Cud Bellinqem üçün məhsuldar ötürmə edib. O, 60-cı dəqiqədə isə penaltini dəqiq yerinə yetirərək hesabını artırıb.

Lakin 69-cu dəqiqədə Keyn öz cərimə meydançasında Brayan Qutyerres qarşı qayda pozuntusuna yol verib. Təyin olunan penaltini Raul Ximenes qola çevirib.

Beləliklə, Harri Keyn dünya çempionatları tarixində bir oyunda həm qol vuran, həm məhsuldar ötürmə edən, həm də öz qapısına penalti qazandıran ilk futbolçu olub.

İngiltərə millisi 1/4 finalda 1/8 finalda Braziliyanı 2:1 hesabı ilə məğlub edən Norveç yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnir tarixində ilk dəfə final mərhələsində 48 milli komanda mübarizə aparır. Hazırkı dünya çempionu Argentina millisidir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən