"Dünya çempionu Argentina olacaq" - Deputatdan PROQNOZ

 15:11 06.07.2026     992

"Futbol o qədər gözəl idman növüdür ki, bəzən idman çərçivəsini aşaraq incəsənət hadisəsinə çevrilir. İnsanın çevikliyi, cəsarəti, zəka və düşüncə çevikliyi, ən mürəkkəb situasiyalarda topu düzgün idarə etmək bacarığı bu oyunu incəsənət səviyyəsinə yüksəldir. Xüsusilə Latın Amerikası futbolu bunu ən möhtəşəm şəkildə nümayiş etdirir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu səsləndirdi.

Hikmət Babaoğlu işçisi haqqında status paylaşdı | Milli.Az

Onun sözlərinə görə, futbol həm də çox emosional oyundur:

"Bəzən uşaqları böyüklər qədər kədərləndirir, bəzən isə böyükləri uşaqlar kimi sevindirir. Elə buna görə də futbola minnətdarıq. Mən həmişə Latın Amerikası futbolunun azarkeşi olmuşam. Avropada isə bu futbol ənənəsini davam etdirən latındilli ölkələrin – İspaniya və Portuqaliya yığmalarının oyunlarını maraqla izləmişəm. Çünki burada idmanla yanaşı emosiya da, incəsənət də var. Təəssüf ki, bəzi ölkələr futbolun daha çox texniki və fiziki tərəflərinə üstünlük verirlər. Düzdür, bunun sayəsində böyük uğurlar da qazanırlar. Ancaq bu, mənim görmək istədiyim futbol deyil. Ona görə də düşünürəm ki, finalda Argentina və Fransa yığmaları qarşılaşacaq. Ümid edirəm ki, dünya çempionu da Argentina olacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən