“İspaniyanı məğlub etmək üçün Portuqaliya "partlayış" etməlidir”

 16:40 06.07.2026     407

"Futbol üzrə 2026-cı il dünya çempionatının geridə qalan hissəsini analiz etdikdə iki yığma digərlərindən daha parlaq görünür – Fransa və İspaniya. Portuqaliya haqda eyni fikri söyləmək mümkün deyil. İndiyə qədərki performansı nəzərə alsaq, İspaniya aşkar favorit görünür. Bu komanda xüsusən də hücumda rəngarəng təsir bağışlayır".

Bunu Redaktor.az-a idman jurnalisti, ekspert Natiq Muxtarlı bildirdi.

Azərbaycan yığması onlar üçün də qapazaltı olub” – Natiq Muxtarlı Yeni Sabah

Onun sözlərinə görə, Portuqaliyanın müdafiəsi İspaniyanın hücumunun qarşısını almaq üçün çox çalışmalı olacaq:

"Ümumiyyətlə dünya çempionatında Portuqaliyanın komanda kimi tam “bişmədiyi” hiss olunur. Baxmayaraq ki, heyətdə yüksək səviyyəli futbolçular çoxdur. Onların hər biri istənilən qarşılaşmanın taleyini həll edə bilərlər. Aşkar favorit İspaniya sayılsa da, Portuqaliyadan "partlayış" gözləyə bilərik. Dünya çempionatında belə “partlayış”ın olması təbiidir. Konqo ilə oyundan sonra hər kəs Meksika ilə qarşılaşmada İngiltərə haqda bədbin düşünürdü.  Amma proqnozların əksinə, parlaq oyun göstərib qalib gəldilər. Böyük komandalar dərhal toparlanmağı bacarırlar. Bunu Portuqaliya da edə bilər. Düzdür, Portuqaliya bütün turnir boyu “partlayış” törətməyib. Amma bu “partlayış” olmasa, Portuqaliya Dünya çempionatı ilə vidalaşacaq. İspaniyanı məğlub etmək üçün mütləq “partlayış”, Portuqaliyanın komanda halında “partlayış”ı lazımdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən