Paraqvay senatoru Mbappe barədə təhqiramiz açıqlamalar VERDİ

 22:49 06.07.2026     640

Paraqvay senatoru Selesta Amarilya Fransa millisinin hücumçusu Kilian Mbappe barədə sosial şəbəkədə təhqiramiz paylaşım edib.

Redaktor.az xəbər verir ki, senator futbolçunu təhqir edərək onun Kamerun əsilli olduğunu vurğulayıb və özünü fransız kimi təqdim etdiyini iddia edib. O, həmçinin Mbappenin oyun boyu həyəcanlı və qorxmuş göründüyünü, Fransa yığmasının isə qələbəni təsadüf nəticəsində qazandığını yazıb.

Amarilya əlavə edib ki, Paraqvay millisinin futbolçuları dünya çempionatının 1/8 final mərhələsində Fransa ilə oyundan sonra Mbappeyə sillə vurmalı idilər. O, paylaşımında futbolçuya qarşı bir sıra digər təhqiramiz və alçaldıcı ifadələr də işlədib.

Xatırladaq ki, dünya çempionatının 1/8 finalında Fransa millisi Paraqvayı 1:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən