Portuqaliya DÇ-2026-da uduzdu: Baş məşqçi istefa verdi

 11:55 07.07.2026     243

Portuqaliya milli komandasının ispan baş məşqçisi Roberto Martinez vəzifəsindən ayrıldığını açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, Dünya Çempionatının 1/8 final mərhələsində Portuqaliyanın İspaniyaya minimal hesabla məğlub olmasından sonra Martines istefa verdiyini bəyan edib.

“Buraya dünya çempionu olmaq üçün gəlmişdim. Bu uğura nail ola bilməmişiksə, davam etməyin mənası yoxdur”, – deyə o bildirib.

Roberto Martines 2023-cü ildən Portuqaliya yığmasına rəhbərlik edirdi. O, Portuqaliya millisi ilə 2024/25 mövsümündə UEFA Millətlər Liqasının qalibi olub.
Daha əvvəl isə Martines Belçika millisinin baş məşqçisi işləyib.

Vumart və Güvən reklamı Vumart Güvən