Argentina qalib gəldi - DÇ-2026

 22:06 07.07.2026     2337

Matç bitdi. Argentina Misirə 3:2 hesabı ilə qalib gəldi.

Beləliklə, Argentina dünya çempionatının 1/4 final mərhələsinə yüksəldi.

***

90+3-cü dəqiqədə Argentina 3-cü qolu vurur. Enzo Fernandez fərqlənir - 3:2.

***

83-cü dəqiqədə Lionel Messi Argentinanın bərabərilk qolunu vurdu - 2:2.

***

79-cu dəqiqədə Argentina buraxılan qollardan birinin əvəzini çıxır. Lionel Messinin ötürməsini Kristian Romeo qola çevirir.

Argentina-Misir - 1:2

***

Misir daha bir qol vurdu.

67-ci dəqiqədə Mustafa Ziko fərqlənir. Argentina-Misir - 0:2

***

Misirin ikinci qolu VAR-a baxıldıqdan sonra ləğv edilir.

***

Misir daha bir qol vurdu.

***

İkinci hissə başladı.

***

Birinci hissə başa çatdı.

***

Argentinanın kapitanı Lionel Messi 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilmir.

***

Matçın 15-ci dəqiqəsində Misir hesabı açır - 0:1.

Qolun müəllifi Yasser İbrahimdir.

***

Futbol üzrə 2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyununa start verilib.

Redaktor.az xəbər verir ki, hazırda Argentina-Misir qarşılaşması başlayıb.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən