"Real Madrid"in keçmiş futbolçusu "Sumqayıt"a baş məşqçi təyin OLUNDU

 19:00 09.07.2026     642

"Sumqayıt" Futbol Klubunun yeni baş məşqçisi bəlli olub.

Redaktor.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bu vəzifə Filipe Kandiduya həvalə edilib. Portuqaliyalı mütəxəssisin təyinatının detalları açıqlanmayıb.

Onun baş məşqçi kimi son klubu ölkəsində "Pakuş Ferreyra" olub.

Qeyd edək ki, Filipe Kandidu futbolçu karyerası ərzində Portuqaliyanın "Sportinq" və İspaniyanın "Real Madrid" komandalarında da çıxış edib.

Vumart və Güvən reklamı Vumart Güvən