Netanyahu dünya çempionatında favoritini AÇIQLADI

 10:14 10.07.2026     294

İsrailin Baş naziri Benyamin Netanyahu futbol üzrə dünya çempionatında dəstəklədiyi komandanın Argentina olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, Netanyahu Argentinaya dəstəyinin səbəbinin Lionel Messi deyil, bu ölkənin prezidenti Xavyer Miley olduğunu bildirib.

İsrail hökumət başçısı Mileyi "əsl superulduz" və "İsrailin ən böyük dostu" adlandırıb.

Netanyahu dünya çempionatının qalibinin Argentina olmasını arzuladığını deyərək, Buenos-Ayresin son illərdə İsraillə münasibətlərdə nümayiş etdirdiyi mövqeni yüksək qiymətləndirib.

Vumart və Güvən reklamı Vumart Güvən