"Şəfa" heyətini fransalı futbolçu ilə gücləndirdi

 18:46 10.07.2026     194

"Şəfa" daha bir futbolçu transferini gerçəkləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Yarımmüdafiəçi Musa Queli heyətə cəlb olunub. 27 yaşlı fransalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, M.Queli son olaraq Şimali Makedoniyanın "Tikves" klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə "Samsunspor"un, Fransada isə "Dankerk", "Red Star", "Valansyen" və "Loryan" klublarının formasını geyinib.

Vumart və Güvən reklamı Vumart Güvən