Portuqaliyanın baş məşqçisi o OLDU

 21:22 10.07.2026     253

Portuqaliya milli komandasının yeni baş məşqçisi açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının saytında məlumat verilib.

Jorji Jezuş Portuqaliya komandasının yeni baş məşqçisi olub.

O, iyulun 8-də milli komandadan ayrılan Roberto Martinesi əvəz edir.

Qeyd edək ki, Martinesin rəhbərliyi altında Portuqaliya İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq 2026-cı il Dünya Çempionatının 1/8 final mərhələsində mübarizəni dayandırmışdı. İspaniyalı mütəxəssis komandaya 2023-cü ildən rəhbərlik edirdi. Onun çalışdığı dövrdə komanda 2025-ci il Millətlər Liqasının qalibi olub və “Avro-2024”də ¼ finala yüksəlib.

Vumart və Güvən reklamı Vumart Güvən