FİFA-dan Argentinaya kömək iddialarına CAVAB

 22:17 11.07.2026     803

FİFA-nın baş hakimi Pyerluici Kollina Argentinanın xeyrinə qərarlar verildiyi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

Redaktor.az xəbər verir ki, Misir millisinin baş məşqçisi Hossam Hasanın Misirin ləğv edilən qoluna və Argentinanın qələbə qolundan əvvəl əlavə vaxtda komandası üçün verilməli olan penaltiyə görə etirazına reaksiya bildirərək deyib ki, FİFA hakimlərinin qərarlarına kənardan hər hansı təsirin göstərilə biləcəyini heç kim iddia edə bilməz: 

"Hətta FİFA prezidenti Canni İnfantino belə buna təsir edə bilməz. O, hər zaman FİFA hakimlər komandasına tam dəstək verib və bizə tam müstəqil şəkildə işləməyə etibar edib.
Əlbəttə, hakim qərarlarının konstruktiv müzakirəsi futbolun ayrılmaz hissəsidir. Amma, əsassız ittihamların bu idman növündə yeri yoxdur."

Vumart və Güvən reklamı Vumart Güvən