Argentina yarımfinalda - DÇ-2026

 07:45 12.07.2026     2341

Matç bitdi.

Argentina-İsveçrə - 3:1.

Qeyd edək ki, Argentina millisi yarımfinalda İnigiltərə ilə qarşılaşacaq.

 

120+1-ci dəqiqədə Lautaro Martinez Argentinanın 3-cü qolunu vurdu.

***

Julian Alvarez 112-ci dəqiqədə Argentinanın 2-ci qolunu vurur.

***

Əlavə vaxtın ikinci hissəsi başladı.

***

Əlavə vaxtın birinci hissəsi başa çatdı.

Argentina-İsveçrə - 1:1.

***

Əlavə vaxtın ilk hissəsi başladı.

***

Matçın əsas hissəsi 1:1 hesabı ilə başa çatdı.

Komandalar əlavə 30 dəqiqə də oynayacaqlar.

***

72-ci dəqiqədə İsveçrənin futbolçusu Embolo simulyasiyaya görə ikinci sarı vərəqə və ardınca qırmızı vərəqə ilə meydandan qovulur.

***

İsveçrə hesabı bərabərləşdirir - 1:1.

67-ci dəqiqədə Dan Ndoye fərqlənir.

***

İkinci hissə başladı.

***

İlk hissə başa çatdı.

***

10-cu dəqiqədə Argentina hesabı açır. 

Lionel Messinin ötürməsini Aleksis Mak Allister qola çevirir.

***

Futbol üzrə 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində daha bir oyun keçirilir.

Redaktor.az xəbər verir ki, Argentina və İsveçrə komandaları üz-üzə gəlir.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən