Argentina finalda - DÇ-2026

 01:03 16.07.2026     2339

Matç bitdi. Argentina İngiltərəyə qalib gələrək finala vəsiqə qazandı.

Cənubi amerikalılar finalda Avropa təmsilçisi İspaniya ilə üz-üzə gələcəklər.

***

90+2-ci dəqiqədə Lautaro Martinez Argentinanın ikinci qolunu vurur.

Lionel Messi bu oyunda ikinci məhsuldar ötürməsini edir. İngiltərə-Argentina - 1:2.

***

85-ci dəqiqədə Enzo Fernandez Lionel Messinin ötürməsini qola çevirir.

***

İngiltərə hesabı açır. 55-ci dəqiqədə Entoni Qordon Argentinanın qapısından qol keçirir.

***

İkinci hissə başladı.

***

Matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşdı - 0:0.

***

Futbol üzrə 2026-cı il dünya çempionatında ikinci yarımfinal oyunu başlayıb.

Redaktor.az xəbər verir ki, hazırda İngiltərə-Argentina komandaları üz-üzə gəlir.

T.İSMAYIL

 

 

Vumart və Güvən reklamı Vumart Güvən