“Bu anın dadını bizim kimi siz də çıxarın" - Messidən azarkeşlərə MÜRACİƏT
Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatının yarımfinalında İngiltərə üzərində 2:1 hesablı qələbədən sonra azarkeşlərə müraciət edib.
Redaktor.az-ın məlumatına görə, ulduz futbolçu deyib:
“Bu anın dadını bizim kimi siz də çıxarın. Biz yenidən dünya çempionatının finalına yüksəldik və Argentinanı dünyanın ən güclü iki komandası sırasına qaytardıq. Dörd il dünya çempionu kimi bu titulu yaşadıq, indi isə yenidən finaldayıq. Ümid edirəm ki, siz də bunu bizim qədər böyük sevinclə qarşılayırsız. Bu gün son addımı atdıq və hamının arzuladığı məqsədə çatdıq – dünya çempionatının finalına yüksəldik. Bundan sonrasını isə Allahın iradəsi müəyyən edəcək”.













