Qazaxıstanlı futbolçu "Barselona" ilə müqavilə bağladı - FOTO

 23:54 16.07.2026     291

Qazaxıstanlı 15 yaşlı futbolçu Kərim Mendikanov İspaniyanın "Barselona" klubu ilə müqavilə imzalayıb.

Redaktor.az bildirir ki, bu barədə oyunçu özünün "Instagram" hesabında paylaşım edib.

Mendikanov klubun "La Masiya" akademiyasında çıxış edəcək. Gənc futbolçu sevincini belə ifadə edib: "Həyatımın klubu ilə müqavilə imzaladığım üçün çox qürurluyam".

Qeyd edək ki, karyerasına Qazaxıstanın "Astana Junior" klubunda başlayan K.Mendikanov 2022-ci ildə İspaniyaya köçüb. O, burada "Serdanyola" və "San-Kuqat" komandalarının U-15 (15 yaşınadək futbolçulardan ibarət) heyətində çıxış edib.

Kərim Mendikanov "Barselona" ilə müqavilə bağlayan ilk qazaxıstanlı futbolçu kimi tarixə düşüb.

Qazaxıstanlı futbolçu Barselona ilə müqavilə bağladı - FOTO

Vumart və Güvən reklamı Vumart Güvən