Fransada Deşam dövrü rəsmən başa çatdı

 09:27 19.07.2026     284

Didye Deşamın Fransa millisindəki baş məşqçi karyerası rəsmən başa çatıb.

Redaktor.az xəbər verir ki, təcrübəli mütəxəssisin yığmadakı son oyunu 2026-cı il dünya çempionatının üçüncü yer uğrunda İngiltərəyə qarşı keçirilən görüş olub.

Fransa matçda 4:6 hesabı ilə məğlub olub.

57 yaşlı mütəxəssis 2012-ci ildən rəhbərlik etdiyi yığma ilə 2018-ci ildə dünya çempionu olub, 2022-ci il dünya çempionatında və AVRO-2016-da gümüş medal qazanıb. O, həmçinin 2021-ci ildə Fransa millisini UEFA Millətlər Liqasının çempionu edib.

Qeyd edək ki, Deşamın yerinə Fransa millisinin yeni baş məşqçisi vəzifəsinə Zinəddin Zidanın gətiriləcəyi gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən