Pezeşkian İspaniyanı Dünya Çempionatının qələbəsi münasibətilə təbrik ETDİ

 14:04 20.07.2026     208

İran Prezidenti Məsud Pezeşkian İspaniya xalqını və hökumətini 2026-cı il Dünya Çempionatında əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, Pezeşkian bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, İran Prezidenti İspaniya milli komandasının çempionluğa tam layiq olduğunu bildirib. O, dost İspaniya xalqının və hökumətinin sevincinin İran üçün də önəmli olduğunu qeyd edib.

Qeyd edək ki, 2026-cı il FIFA Dünya Çempionatının finalında İspaniya və Argentina yığmaları qarşılaşıb. Əsas vaxtı qolsuz başa çatan görüşdə əlavə vaxtın 106-cı dəqiqəsində Ferran Torresin vurduğu qol İspaniyaya 1:0 hesablı qələbə və dünya çempionluğu qazandırıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən