"Qarabağ"ın potensial rəqibləri bilindi

 15:32 20.07.2026     206

"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Redaktor.az-ın məlumatına görə, "köhlən atlar" turnirin II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasını məğlub etsə, "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"a uduzsa, UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya Krayova" (Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən